AZ

"Real" Vinisiusa ultimatum verdi - SON DURUM

"Real Madrid"in vingeri Vinisius Juniorun gələcəyi İspaniya futbolunda ən çox müzakirə olunan mövzulardan biri olaraq qalır.

Fanat.Az xəbər verir ki, braziliyalı ulduzun "Barselona"ya qarşı son matçın 72-ci dəqiqəsində əvəzləndikdən sonra Xabi Alonsoya qarşı aqressiv davranışından sonra məsələ daha da aktuallaşıb. 

"Fichajes"-in məlumatına görə, onun baş məşqçiyə qarşı sərt ifadələr işlətməsi Alonsonu və klub rəhbərliyini məyus edib. Vinisiusa ultimatum verilib: ulduz oyunçu müqaviləsinin müddətini tezliklə yeniləməsə, o, daha az oyun şansı qazanacaq. "Kral klubu"nun başbilənləri 25 yaşlı futbolçunu 2026-cı ildə satmağı düşünürlər. 

Bundan əlavə, mənbə iddia edib ki, "Real Madrid" artıq Vinisiusa onun əvəzlənməsinə qəzəbli reaksiyası ilə bağlı insidentin təkrarlanmasına dözməyəcəkləri barədə xəbərdarlıq edib.

Mirağa

Seçilən
2
2
fanat.az

3Mənbələr