AZ

Fransada muzey və kilsələrdə soyğunçuluq hallarının artması narahatlıq doğurur

Fransa rəsmiləri ölkədə muzey və kilsələrdə artan quldurluq və oğurluq hallarına görə narahatlıqlarını bildiriblər.

Editor.az xəbər verir ki, Fransa Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə İnformasiya, Kəşfiyyat və Strateji Təhlil Xidmətinin məlumatına əsasən, son aylarda mədəni və dini obyektlərdə cinayətlərin artması müşahidə olunur.

Xarici KİV-lərin məlumatına görə, Fransa muzeyləri, kilsələri və hətta şəxsi kolleksiyalara məxsus mədəni irs nümunələri getdikcə daha çox cinayətkarların hədəfinə çevrilir.

Luvr muzeyində baş verən son hadisədən sonra hüquq-mühafizə orqanları ölkə üzrə bütün muzeylərdə təhlükəsizlik tədbirlərini gücləndiriblər. Mütəxəssislərin fikrincə, qızıl və digər qiymətli materiallardan hazırlanmış sənət əsərləri və artefaktlar quldurlar üçün əsas hədəf sayılır.

Polis xəbərdarlıq edir ki, cinayətkar qruplar sosial media və şifrəli mesajlaşma tətbiqləri vasitəsilə yeni iştirakçıları cəlb edə bilirlər.

Qeyd edək ki, oktyabrın 19-da səhər saatlarında Luvr muzeyinin Apollon Qalereyasında baş verən oğurluq zamanı doqquz zinət əşyası aparılıb. Daha əvvəl İmperator III Napoleonun həyat yoldaşı Yevgeniyə məxsus tac küçədə qırılmış halda tapılmışdı.

// Gülnarə Abasova, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr