BAKI, 29 oktyabr. TELEQRAF
"Azərbaycanla Rusiya arasında əlaqələrin inteqrasiyasında konstutisiya mühüm önəm kəsb edir".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə keçirilən beynəlxalq parlament konfransında Rusiya Federal Məclis Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədr müavini Artyom Turov deyib.
O qeyd edib ki, Azərbaycn Rusiyanın əsas ticarət partnyorudur: “Eyni zamanda Azərbaycanda rus dilinə diqqətli yanaşma var. Ali məktəblərdə rus dili tədris edilir. Həmçinin on minlərlə azərbaycanlı tələbə Rusiyada təhsil alır. Bütün bunlar bizi bir-birimizi daha yaxşı başa düşməyə imkan verir. Təbii ki, çətin dövrdə yaşadığımızın fərqində olsaq da qanunvericilik səviyyəsində əlaqələr inkişaf edir”.