“Sumqayıt” basketbolçusu ilə vidalaşıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İsmayıl Əliyevlə yollar ayrılıb.
Oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Əliyev 3 mövsüm “Sumqayıt”ın formasını geyinib.
 
                        