AZ

Si Cinpin və Tramp 30 oktyabrda Busan şəhərində görüşəcəklər

Si Cinpin və Tramp 30 oktyabrda Busan şəhərində görüşəcəklər.


Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin Prezidenti Si Cinpin 30 oktyabrda Busan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşəcək.

Nazirliyin saytında bildirilir ki, "Si Cinpin Çin-ABŞ münasibətləri və hər iki tərəf üçün ortaq maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparmaq üçün 30 oktyabrda Cənubi Koreyanın Busan şəhərində Trampla görüşəcək".

Daha əvvəl Tramp Çin lideri ilə görüşündən sonra razılaşma əldə etməyə ümid etdiyini bildirmişdi.

Ağ Ev həmçinin Si Cinpinlə Çinin Rusiyadan neft alışını azaltmaq barədə müzakirələrə icazə verib.

Bu arada, ABŞ Dövlət katibi Marko Rubio ilə görüşündən sonra Çinin xarici işlər naziri Vanq Yi iki tərəfin ticarətlə bağlı çərçivə razılaşmasına nail olduğunu açıqlayıb.

Seçilən
71
1
ikisahil.az

2Mənbələr