AZ

Paşinyan: Bütün ermənilərin katolikosu bakirlik əhdini pozub...

Ermənistan baş naziri katolikosu “atalıq hüququ olmayan ruhanini vəzifədən uzaqlaşdırmaqda” ittiham edib...

Poliqon xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə paylaşdığı videomüraciətdə “bütün ermənilərin katolikosu” II Qareginin (dünyəvi adı Ktriç Nersisyan) barəsində sensasiyalı iddialar səsləndirib. O bildirib ki, katolikos “subaylıq andını pozduğu üçün” əslində ruhani statusunu itirib və buna görə də digər din xadimlərini vəzifədən uzaqlaşdırmaq səlahiyyətinə malik deyil.

Paşinyan deyib ki, Ktriç Nersisyan “kilsə nizamnaməsinə istinad edərək” keşiş Aram Asatryanı Ovanavank monastırında liturgiya keçirməkdən məhrum etməyə çalışır.

“Amma problem ondadır ki, həmin nizamnaməyə görə Ktriç Nersisyan özü katolikos ola bilməz, çünki subaylıq andını pozub. Bu səbəbdən o, vəzifədən kənarlaşdırılmış sayılır və belə olan halda ‘vəzifədən kənarlaşdırılmış şəxs başqasını vəzifədən uzaqlaşdıra bilməz’. Buna görə də keşiş Aram Asatryan liturgiya keçirməyə tam hüquqludur”, deyə baş nazir vurğulayıb.

Paşinyan əlavə edib ki, növbəti bazar günü də Ovanavankdakı ayində iştirak edəcək.

“Keçən bazar orada idim, bu bazar da iştirak edəcəyəm”, Paşinyan tərəfdarlarını əmin edib.

Xatırladaq ki, Paşinyan daha əvvəl də II Qareginin “subaylıq andını pozduğunu” iddia etmişdi və bu məsələyə dair “faktların mövcud olduğunu” qeyd etmişdi. Lakin ictimaiyyət arasında sual doğuran əsas məsələ odur ki, baş nazir bu cür şəxsi məlumatlara hansı yolla sahib olub və hansı hüquqa əsasən bu barədə açıq danışır.

Müşahidəçilər bildirirlər ki, Paşinyanın bu açıqlamaları Ermənistan kilsəsi ilə hökumət arasında gərginliyi daha da dərinləşdirə bilər.

Poliqon.info

Seçilən
39
poliqon.info

1Mənbələr