AZ

"Real" Ardanın dostunu transfer etmək istəyir

"Real Madrid"in transfer fəaliyyəti ilə bağlı yeni iddia ortaya atılıb. Metbuat.az xəbər verir ki, İspaniya nəhənginin daha bir türk ulduzu heyətinə qatmaq istədiyi iddia edilib. Arda Gülerin oyunundan məmnun olan "Real Madrid"in Kenan Yıldızın xidmətində maraqlı olduğu bildirilib. İspaniya mətbuatına görə, “Real” "Yuventus"la müqavilənin uzadılması ilə bağlı hələ razılığa gələ bilməyən Kenan Yıldıza 5 milyon avro təklif edib.

Xəbərdə deyilir ki, Kenan Yıldızın Arda Gülerlə gözəl dostluğu var. Türkiyə milli komandasında futbolçular eyni soyunma otağını bölüşürlər. Bildirilir ki, Arda Güler də Kenan Yıldızın “Real”a transfer olmasında maraqlıdır.

Seçilən
4
metbuat.az

1Mənbələr