AZ

AYİB hidrogen enerjisi üzrə yol xəritələrinin hazırlanmasını dəstəkləyir - Cavid Abdullayev

Bakı. Trend:

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) hidrogen enerjisiüzrə yol xəritəsinin hazırlanmasında Azərbaycana dəstəkgöstərir.

Trend xəbər verirki, bunu Azərbaycan Respublikasının Energetika Nazirliyi yanındaBərpaolunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru CavidAbdullayev Bakıda keçirilən 13-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışında bildirib.

Onun sözlərinə əsasən, AYİB hidrogen enerjisinin inkişafı üzrəyol xəritələrinin hazırlanması çərçivəsində Azərbaycanla fəaləməkdaşlıq edir və sözügedən yol xəritələri bu sahədə gələcəklayihələr üçün təməl rolunu oynayacaq.

Agentlik direktoru vurğulayıb ki, bank artıq Azərbaycan tərəfinəhəm maliyyə, həm də ekspert dəstəyi göstərir və sənədin ətraflı vəicraya yönəlmiş formada hazırlanması üçün beynəlxalq konsaltinqşirkətinin seçimi prosesi yekun mərhələyə çatıb.

“Artıq beynəlxalq konsaltinq şirkətlərinin qısa siyahısı müəyyənedilib və bu layihəyə yüksək maraq müşahidə olunur. Əminəm ki,nəticələr uğurlu olacaq”, – deyə Abdullayev bildirib.

O, həmçinin xatırladıb ki, COP29 çərçivəsində Azərbaycanhidrogen enerjisinin inkişafı üzrə öz baxışını və geniş beynəlxalqmaraq doğuran strateji sənədini təqdim edib.

Məqalədə:
Seçilən
20
1
az.trend.az

2Mənbələr