AZ

Çox sayda silah və əsgər gətirildi

ABŞ yük təyyarələri vasitəsilə Suriyanın Hasəkə şəhərindəki hərbi bazalarına yeni avadanlıq və personal daşıyıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, oktyabrın 24-ü və 27-si tarixlərində Hasəkədəki Rmelan bazasına üç ABŞ hərbi yük təyyarəsi eniş edib.

24-ü eniş edən təyyarənin rabitə avadanlığı və pilotsuz uçuş aparatları daşıdığı bildirilib. Üç gün sonra gələn iki təyyarə isə 22 əsgər, peyk geoməkan skan etmə və yerləşdirmə sistemləri üçün texniki avadanlıq gətirib.

Bununla yanaşı, ötən həftə İraqdakı Əl-Vəlid Sərhəd Keçid Məntəqəsindən keçən 27 nəqliyyat vasitəsi ABŞ-ın Hasəkədəki Qasriq kəndi bazasına çatıb.

Seçilən
11
publika.az

1Mənbələr