ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayılın Horovlu kəndində sakinlərlə görüşüb.
Globalinfo.az xəbər verir ki, kənd sakinlərindən biri ilə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb:
“Prezident İlham Əliyev: Bu işğalı xatırlayırsınız?
Kişi sakin: Hamısını xatırlayıram. Bu kəndə erməni girəndə axırıncı biz çıxmışıq.
Prezident İlham Əliyev: Haradan girmişdilər onlar?
Digər kişi sakin: Erməni bu üzdən girdi, Daşkəsən kəndi var orada. Oradan girdi bizim kəndə. Bir də Füzuli tərəfdən gəldi. Bura bizim orta kəhrizimizdir. Buradan aşdıq dağın o tərəfinə. Dağın o tərəfindən də biz Araza tərəf getdik. Ən axırıncı elə oradan çıxmışıq. Asfaltla Arazqırağı Beyləqan tərəfə getdik. Yarımız İrana adladıq. O vaxt İran da aranı kəsdi, imkan vermədi.
Prezident İlham Əliyev: Bəli, zəngilanlılar Arazı keçdilər o tərəfə. Buradakılar isə çay boyunca.
Digər kişi sakin: Çay boyu getdik. Oradan da İran çoxuna imkan vermədi, maşınlar qaldı, piyada qaldı çoxu. Üzüm bağları ilə getdilər. Heyvandarlıqdı, məsələn, heyvan qaldı. Bax, belə pis günlər idi, cənab Prezident.
Prezident İlham Əliyev: Bütün mal-mülk, ev-eşik hamısı qaldı?!
Digər kişi sakin: Ev-eşiyin hamısı dolu qaldı.
Prezident İlham Əliyev: Bunu deyirdik beynəlxalq təşkilatlara. Bir dənə beynəlxalq təşkilat bir şey elədi? Heç nə!
Digər kişi sakin: İnamımız Sən oldun.
Prezident İlham Əliyev: Bir nəfər gəlib erməniyə dedi ki, sən buradan çıx, bura sənin deyil?
Digər kişi sakin: Yox, yox!
Prezident İlham Əliyev: Hələ istəyirdilər ki, biz də barışaq bu vəziyyətlə. Hələ deyirdilər ki, sülh yolu ilə həll edin. Deyirdim, yaxşı, sülh yolu ilə edək, amma həll edək də. Yox, müharibə olmamalıdır. Sonra deyirdilər ki, müharibə heç bir nəticə verməz. Yəni, bu məsələ ilə məşğul olanların hamısı bizə qarşı birləşmişdi, hamısı Ermənistanın tərəfində idi”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.