AZ

Paşinyan bu gün Fransaya səfər edəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Fransanın paytaxtı Parisə səfər edəcək.

Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublikası Baş Naziri Aparatının İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb.

“Ermənistan Baş naziri oktyabrın 29-da 8-ci Paris Sülh Konfransında iştirak edəcək. Həmçinin ikitərəfli görüşlər də planlaşdırılır”, - deyə vurğulanıb.

Qeyd olunub ki, Paşinyan oktyabrın 30-da Yelisey sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
12
missiya.az

1Mənbələr