Bakı, 29 oktyabr, AZƏRTAC
ÇXR sədri Si Cinpin oktyabrın 30-da Pusan şəhərində ABŞ Prezidenti Donald Trampla görüşəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi məlumat yayıb. “Oktyabrın 30-da Koreya Respublikasının Busan şəhərində ÇXR sədri Si Cinpin və ABŞ Prezidenti Donald Tramp arasında görüş keçiriləcək. Görüş zamanı tərəflər Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparacaqlar”, - deyə nazirliyinin saytında yerləşdirilən məlumatda bildirilir.
ÇXR XİN əlavə edib ki, liderlər Çin-Amerika münasibətlərinin mühüm məsələlərini ətraflı müzakirə etməyi planlaşdırır və Pekin onların inkişafına təkan verməyə hazırdır.