AZ

Trampın reytinqi rekord minimuma düşüb

The Economist: Prezidentin dəstək səviyyəsi inauqurasiyadan bəri ən aşağı həddədir...

Poliqon xəbər verir ki, “The Economist” jurnalının son sorğusuna əsasən, ABŞ prezidenti Donald Trampın xalis reytinqi 18 faiz səviyyəsinə enib. Bu, onun inauqurasiyasından bəri qeydə alınan ən aşağı göstəricidir.

Məlumata görə, reytinqdəki azalma əvvəlki prezidentlərlə müqayisədə daha kəskindir və Trampın ilk müddətindəki ən aşağı göstəricidən əlavə 3 faiz bəndi aşağı düşüb. Analitiklər bunu həm daxili siyasətdəki gərginlik, həm də son aylarda qəbul edilən bir sıra mübahisəli qərarlarla əlaqələndirirlər.

Ekspertlər bildirirlər ki, seçicilər arasında iqtisadi siyasət, xarici əlaqələr və idarəetmədəki kadr dəyişiklikləri ilə bağlı narazılıq artır. Xüsusilə, Tramp administrasiyasının son həftələrdə Braziliyaya tətbiq etdiyi tariflər və bir sıra mədəni layihələrlə bağlı mübahisələr ictimai rəyin mənfi istiqamətdə dəyişməsinə səbəb olub.

“The Economist” qeyd edir ki, bu tendensiya davam edərsə, prezidentin seçici bazasında parçalanma dərinləşə və 2026-cı il aralıq seçkiləri ərəfəsində Respublikaçılar Partiyası üçün əlavə risklər yarada bilər.

Poliqon.info

Seçilən
24
poliqon.info

1Mənbələr