AZ

Xərçəngin təhlükəli növü: XANIMLAR BUNU BİLMƏLİDİR

Ajans.az xəbər verir ki, verilişin budəfəki mövzusu uşaqlıq boynu xərçəngidir.  Verilişdə mövzu ilə bağlı qonaq qismində Milli Onkologiya Mərkəzinin Ginekoloq-onkoloqu Turan Nadirova iştirak edib.  Turan Nadirova ilk olaraq Onkoginekologiya haqqında məlumat verib. O bildirib ki, bu sahədə təkcə xərçəng yox, həm də onu yarada biləcək xəstəliklər araşdırılır. Qadın orqanları dedikdə uşaqlıq boynu, uşaqlıq, yumurtalıqlar, uşaqlıq yolu, borular - bunlar hamısı uşaqlıq orqanlarına aiddir.  O bildirib ki, hər bir xərçəng xəstəliyi yaranmadan öncə xərçəng önü xəstəlik yaranır. Yəni, hər xəstəlikdən öncəki durumu araşdırsaq daha yaxşı olar. Adi yumurtalığın bəsit kistindən belə yumurtalıq xərçənginin ən ağır növünə rast gəlinir. Buna görə də xanımlar ildə 1-2 dəfə müayinəyə getməlidirlər. 

Daha ətraflı videoda:

Seçilən
24
Ajans.az

1Mənbələr