BAKI, 29 oktyabr. TELEQRAF
“Görünür, ABŞ hindlilərə xəbərdarlıq edib ki, Çabahar limanını tərk etsinlər, onlar da buna qulaq asırlar. Çünki Hindistanın ən böyük ticarəti ABŞ və Avropa İttifaqı ilədir”.
Teleqraf xəbər verir ki, bu barədə İranın Nəqliyyat Təşkilatı İdarə Heyətinin üzvü Məsud Danışmand bildirib.
“Çabahar limanının nominal tutumu təxminən 10 milyon ton olsa da, yalnız 2 milyon ton bu tutumdan istifadə edirik”, - o deyib.
Qeyd olunur ki, ABŞ əvvəllər Çabahar limanı üçün sanksiya güzəştlərini İranın nüvə proqramının genişləndirilməsinin qarşısını almaq və Əfqanıstanın iqtisadi bərpasına dəstək məqsədilə verib, amma indi həmin güzəştləri ləğv edib.
Çabahara gəlincə, İranın Hindistana icarəyə verdiyi liman Tehran və Rusiya üçün Şimal-Cənub nəqliyyat dəhlizi baxımından böyük önəmə malikdir.