Ayna portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Macarıstan sülh üçün platforma təklif edəcək”
Macarıstanın xarici işlər naziri Peter Siyarto 28 oktyabrda Belarusun "Perviy Informasionny" televiziya kanalına verdiyi müsahibədə bildirib ki, ABŞ və Rusiya arasında hərtərəfli razılaşmanın əldə edilməsi Avropada sülhün bərqərar olması üçün vacibdir.
"İnanıram ki, ABŞ Prezidenti Donald Tramp sülh üçün yeganə ümiddir. Əgər Avropa liderləri keçmişdə onun səylərini puça çıxarmasaydılar, indiyə qədər uğur qazana bilərdi", - Siyarto qeyd edib.
Nazir həmçinin ümid etdiyini bildirib ki, Tramp "avropalıların təxribatçı səylərinə baxmayaraq", razılığa gəlmək üçün kifayət qədər iradə nümayiş etdirəcək. O Macarıstanın danışıqlar üçün platforma kimi xidmət etməyə hazır olduğunu bir daha təsdiqləyərək, ölkənin sülh prosesini asanlaşdırmaq üçün təcrübəsini və siyasi iradəsini vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.