İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinə media-tur təşkil olunub.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, media nümayəndələri İmişli şəkər zavodunun ərazisində fəaliyyətə başlayan “Promalt” MMC-nin arpa emalı istehsal müəssisəsinin fəaliyyəti ilə tanış olublar.
Biznesin İnkişafı Fondunun baş direktoru Murad Abdullayev müəssisə barədə jurnalistlərə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyev oktyabrın 28-də İmişlidə “Promalt” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) arpa emalı müəssisəsinin açılışında iştirak edib.