AZ

“Qəzzada texnokrat hökumətinin formalaşması ciddi nəticələr doğura bilər” SİYASİ ŞƏRHÇİ

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Ötən gecə, İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik müşavirəsindən sonra qərarını açıqlayıb.

O, atəşkəsin davam etdiyi Qəzza zolağına dərhal və güclü zərbələr endirilməsi barədə orduya əmr edib.

Məlumata görə, sərəncam təhlükəsizlik toplantısının ardınca verilib.

Xatırladaq ki, oktyabrın 13-də Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəslə bağlı yekun saziş imzalanmışdı.

Gununsesi.info-ya danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzunu belə şərh edib:

“Hadisələr dünən gecə baş verib. Əvvəlcə Rəfah keçid məntəqəsində İsrailin iki hərbçisi öldürülüb. Bunun ardınca İsrail cavab olaraq atəş açıb. Nəticədə qarşılıqlı atışma baş verib. HƏMAS bəyan edib ki, atəşi onlar açmayıb və hadisə zamanı onların da əsgərləri həlak olub. Qəzzada baş verənlər atəşkəs rejiminin pozulması demək deyil”.

Onun sözlərinə görə, Qəzza zolağında atəşkəsin və HƏMAS–İsrail arasında sülh razılaşmasının reallaşmasını istəyən qüvvələr az deyil.

“Buna görə də Qəzzanın yenidən silahlandırılması qəbuledilməzdir. Qəzzada sabitliyi təmin etmək məqsədilə bu istiqamətdə nəzarətçi qüvvələrin yerləşdirilməsi vacibdir.  HƏMAS-ın yenidən silahlanması və Qəzzada texnokrat hökumətinin formalaşması prosesi artıq başlayıb. HƏMAS-ın bu prosesə qarşı çıxması isə çox ciddi fəsadlara səbəb ola bilər”-deyə o əlavə edib.

Şəbnəm 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
icma.az

1Mənbələr