Azərbaycan komanmdaları bu gün FIBA Avropa Kubokunun əsas mərhələsində növbəti oyunlarını keçirəcəklər.
Fanat.Az xəbər verir ki, yarışın 3-cü turu çərçivəsində I qrupunda yer alan "Abşeron Lions" ilə "Neftçi" üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 19:00-da start götürəcək.
Qeyd edək ki, "Abşeron Lions" qrupda keçirdiyi ilk iki görüşdə Polşa təsmilçisi "Trefl"ə (96:99) və Estoniyanın "Kalev" komandasına (85:93) məğlub olub. "Neftçi" isə Estoniya təmsilçisini (95:84) məğlub edib, Polşa klubuna (63:92) uduzub.
FİBA Avropa Kuboku
I qrupu
29 oktyabr
19.00. Abşeron Lions" (Azərbaycan) – "Neftçi" (Azərbaycan)
Bakı. İdman Sarayı.
1. Trefl 2 2 0 +32 4
2. Neftçi 2 1 1 -18 3
3. Kalev 2 1 1 -3 3
4. Abşeron Lions 2 0 2 -11 2