AZ

Azərbaycanda rus dilinin vəziyyəti… Kuvşinova

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycan rus dilinin inkişafına və tədrisinə böyük önəm verir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Federal Məclisinin Şura üzvü Natalya Kuvşinova deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda orta və ali təhsil müəssisələrində rus dili fəal şəkildə tədris olunur. Ölkədə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin və bir sıra digər nüfuzlu rus ali məktəblərinin filialları fəaliyyət göstərir.

Kuvşinova qeyd edib ki, bu kimi təşəbbüslər Rusiya ilə Azərbaycan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində mühüm rol oynayır. Tarixi bağların və mədəni yaxınlığın qorunması da bu münasibətlərin dərinləşməsinə xüsusi töhfə verir.

Onun fikrincə, iki ölkə arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin inkişafı həm təhsil, həm də humanitar sahədə əməkdaşlıq üçün yeni imkanlar açır.

Safura Bənnayeva

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
globalinfo.az

1Mənbələr