Bakı. Trend:
Azərbaycan-Türkmənistan logistika əlaqələrinin fiziki əsasınıBakı–Türkmənbaşı beynəlxalq dəniz limanı xətti təşkil edir.
Trend xəbər verirki, bu barədə Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlovun“Türkmənistanın xarici siyasəti və diplomatiyası” jurnalında dərcedilən məqaləsində qeyd olunur. Jurnal Türkmənistanın Xarici İşlərNazirliyi tərəfindən nəşr olunur.
Onun sözlərinə görə, bu liman həmçinin Orta Dəhliz kimi tanınanTransxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun əsas halqasıdır. Obildirib ki, həmin dəhliz Xəzər regionu ölkələri və onunhüdudlarından kənardakı dövlətlər arasında ticarətinstimullaşdırılmasında və regional bazarların birləşdirilməsindəmühüm rol oynayır.
Səfir həmçinin Lazurit Dəhlizinin rolunu da vurğulayıb. O qeydedib ki, bu dəhliz Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstanvə Türkiyəni birləşdirir.
“Bu marşrut Transxəzər dəhlizindən keçir, TRACECA ilə kəsişir vəCənubi Qafqazdan Aralıq dənizi limanlarına çıxışı təmin edir. O,Aşqabad və Bakının tranzit və logistika siyasətinin stratejişəkildə uzlaşdırılmasına xidmət edir”, – deyə Qismət Gözəlovbildirib.
Diplomat rəqəmsal infrastrukturun inkişafının əhəmiyyətini dəxüsusi vurğulayıb. O, “TransCaspian FO” layihəsindən bəhs edərəkbildirib ki, bu təşəbbüs Avropa ilə Asiya arasında yüksək sürətliməlumat ötürmə marşrutunun yaradılması vasitəsilə regionaləlaqəliliyin gücləndirilməsinə xidmət edir.
“Bu layihə ümumi inteqrasiyanı təşviq edəcək, "Rəqəmsal İpəkYolu"nun bir hissəsi kimi çıxış edəcək və mühüm geosiyasiəhəmiyyətə malik olacaq,” - deyə Qismət Gözəlov qeyd edib.