Bakı. Trend:
Xalqlar arasında dostluq, bərabərlik, qarşılıqlı hörmətAzərbaycan Konstitusiyasının əsas prinsiplərindən biridir.Konstitusiya Azərbaycanın baş siyasi hüquqi sənədi kimi ölkəninbeynəlxalq nüfuzunu möhkəmləndirib.
Trend xəbərverir ki, bunu Tacikistan Ali Məclisinin Nümayəndələr Palatasınınsədri Fayzali İdizoda Azərbaycan Respublikası Konstitusiyasınınqəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasirdünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi”mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanıdeyib.
F.İdizoda vurğulayıb ki, Azərbaycan Konstitusiyası ölkədədavamlı inkişaf və daxili sabitliyin möhkəm əsaslarını yaradıb.
“Azərbaycanda milli birliyin və daxili sabitliyin əsaslarıqoyulub. Bu da müasir geosiyasi reallıqlar fonunda Konstitusiyanınmüstəqillik və suverenlik rolunu daha aydın nümayiş etdirir.Konstitusiya dövlətin və cəmiyyətin davamlı inkişafı, daxilisabitliyin əsas təminatçısıdır. Beynəlxalq qeyri-sabitlikşəraitində dövləti qorumaq yalnız cəmiyyətin birliyi, konstitusiondəyərlərə hörmət nəticəsində mümkündür”, - deyə o qeyd edib.