
Çin Xalq Respublikasının Sədri Si Cinpin oktyabrın 30-da ABŞ Prezidenti Donald Trampla görüşəcək.
Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun məlumat verib.
"Çin və ABŞ arasında razılığa əsasən, Si Cinpin və Donald Tramp arasında görüş 30 oktyabrda Koreya Respublikasının Busan şəhərində keçiriləcək. Tərəflər Çin-ABŞ münasibətləri və qarşılıqlı maraq doğuran digər mövzular barədə fikir mübadiləsi aparacaqlar", - deyə vurğulanıb.
Ciakun qeyd edib ki, Pekin bu görüşdən müsbət nəticələr əldə etmək və Çin-ABŞ münasibətlərinin sabit inkişafına yeni təkan vermək üçün Vaşinqtonla işləməyə hazırdır.
Onun sözlərinə görə, liderlik səviyyəsində diplomatiya Çin və ABŞ arasında əməkdaşlığın inkişafında əvəzolunmaz strateji rol oynayır.
Daşqın HəsənovMissiya.Az