AZ

İsrailin Qəzza zolağına hücumlarında həlak olan fələstinlilərin sayı 91-ə çatıb

İsrailin atəşkəsi pozaraq Qəzza zolağına başlatdığı hücumlarda həlak olan fələstinlilərin sayı 91-ə yüksəlib.

Missiya.Az xəbər verir ki, bu barədə Fələstinin “WAFA” agentliyi məlumat yayıb.

Bildirib ki, hücumlar nəticəsində Qəzza zolağın şimalında 31, mərkəzi hissədə 42, cənubda isə 18 nəfər həlak olub.

Bəzi yaralıların vəziyyətinin ağır olduğu səbəbindən ölənlərin sayının arta biləcəyi vurğulanıb.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr