AZ

İstanbulda Qərbi Azərbaycan məsələsi müzakirə olundu - FOTOLAR

Azərbaycan Respublikası Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Jurnalist Qadınlar Assosiasiyası “Qərbi Azərbaycan: reallıqlar, perespektivlər” adlı layihə çərçivəsində işləri uğurla həyata keçirir.

QHT.az xəbər verir ki, layihədə nəzərdə tutulduğu kimi JQA-nın bir qrup əməkdaşı  Türkiyənin İstanbul şəhərində səfərdə olub.

Jurnalist Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə İstanulda fəaliyyət göstərən “İstanbul Azərbaycan Kültür evində”  “Qərbi Azərbaycan: gələcəyə baxış” adlı  dəyirmi masa keçirilib. Dəyirmi masada əslən Qərbi Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Dəyirmi masanı giriş sözü ilə açan “İstanbul Azərbaycan Kültür Evi”nin rəhbəri  Hikmət Elp Qərbi Azərbaycanın tarixi barədə qısa məlumat verib. Və Azərbaycandan gələn qonaqları salamlayıb.

Sonra JQA-nın rəhbəri  Sevil Yusifova layihənin məqsəd və məramından geniş söhbət açıb. O çıxışında tədbirin mövzusunun aktuallığına və əhmiyyətinə toxunub Layihənin  rəhbəri S.Yusifova bildirib ki, keçən əsrdə indiki Ermənistan dövləti tərfindən Qərbi Azərbaycanda yaşayan soydaşlarımız deportasiyaya, soyqırıma məruz qalıblar. Ermənilər hər fürsətdə millətimizə məxsus tarixi abidələri  yer üzündən silib təmizləməyə çalışıblar. Əcdadlarımızın əsrlərboyu qurub yaratdığı mədəni-mənəvi dəyərərimiz də erməni vandalizmin qurbanı olub. Ermənilərin tək istəyi o olub ki, gəldikləri Azərbaycan torpaqlarında bizim millətə məxsus izləri silsinlər və qondarma tarix yaratsınlar. Təəssüf ki, ermənilər havadarlarının dəstəyi ilə bir çox məsələlərdə öz istəklərinə nail ola biliblər. Bizim tarixi abidələrimiz ya erməniləşdirilib ya da tamamilə məhv edilib. Xanım Yusifova layihənin davamlı olmasını və Türkiyədə yaşayan Ermənistan ərazisindən deportasiya edilən insanlarımızın təşkilatlanmasının vacibliyini də  vurgulayıb.

Dəyirmi masada söz alıb çıxış edənlər də mövzunun aktuallığından danışıblar. Əslən İrəvandan olan dinləyicilər bildiriblər  ki, ən son 1988-ci ildə yarım milyona yaxın  Azərbaycan türkünü zorla yurdundan çıxardılmasına nail olan ermənilər bizim soydaşlarımızın mal və mülklərinə əl qoyub, onları özünküləşdırıblər. Yüzlərlə qadın, uşaq öldürülüb. Natiqlər  Ermənistanın illər boyu törətdiyi zorakılıq siyasəti, millətimizin başına gələn həqiqətlərin dünya ictimaiyyətinə çatdırlmasının vacibliyini söyləyiblər. Azərbaycanlıların  öz yurduna, Vətəninə dönməsi üçün təminat verilməsi tələbinin irəli sürülməsini qeyd ediblər. Beynəlxalq aləmin diqqətini hüquqları pozulmuş  soydaşlarımızın haqlı tələblərinə yönəltməli olduğumuz dəfələrlə səsləndirilib. Həmçinin mədəni irsimizin qorunması və bu irsin yenidən canlandırılması yolları müzakirə olunub

Sonda qərara alındı ki, Türkiyədə yaşayan indiki Ermənistandan zorla köç edən İrəvandan gəlmiş (ikinci, üçüncü nəsil) ailələrin övladları  öz əcdadlarının mədəniyyətini qoruyub saxlamaq üçün Qərbi Azərbaycan məsələsini gündəmdə saxlamağa çalışsınlar. Qərbi Azərbaycanın tarixini ğzündə əks etdirən faktların toplanması və əldə edilən sənədlər, məlumatların xarici dillərə tərcümə olunması kimi fəaliyyətlərin həyata keçirilməsi planlaşdırılıb.

Türkiyədə nəşr olunan kitabların Azərbaycanda tanıdılması və bilgi alış-verişinin təşkil ediləsi elmi araşdırmaların aparılması qarşıua qoyduğumuz hədəfə varmağımızda təsirli rol oynayacağına ümid edildiyini bildirdilər.

Qərbi azərbaycan məsələsini bütün dünyada duyurmaq və yaşanan faciələrimizi dünya ictimaiyyətinə çatdırmaq və bu yöndə bir mərkəzdən idarə olunmasının ümum işimizə xeyir gətirəcəyini dedi. O gənclərin milli mücadiləmizdə fəal olmasını arzuladığını bildirdi.

Seçilən
19
5
qht.az

6Mənbələr