AZ

Monta siklonu Hindistan sahillərinə çatıb: 100 minə yaxın insan təxliyə edilib

ain.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Monta" tropik siklonu Hindistanın şərqindəki Andhra-Pradeş və Odişa ştatlarına güclü küləklər və leysan yağışlar gətirib.

Oxu.Az "Hindustan Times" nəşrinə istinadən xəbər verir ki, bölgədə baş verən təbiət hadisələrindən sonra 87 mindən çox insan təxliyə edilib.

Məlumata görə, Benqal körfəzində əmələ gələn "Monta" siklonu oktyabrın 29-na keçən gecə Hindistan ştatlarının sahillərinə çatıb.

Meteoroloqlar bildiriblər ki, küləyin sürəti bəzi yerlərdə 110 km/saata çatıb. Fırtına çoxlu ağacları aşırıb, elektrik xətlərini sıradan çıxarıb. Onlarla reys və qatar ləğv edilib və ya istiqaməti dəyişdirilib.

İlkin məlumatlara görə, azı bir nəfər ölüb. Fırtınanın nəticələrini aradan qaldırmaq üçün əraziyə xilasedici qruplar cəlb olunub.

Sinoptiklər Hindistanın şərq ştatlarında yağışların daha da itensivləşəcəyi barədə xəbərdarlıq edib və sakinlərə yaxın günlərdə sahilyanı ərazilərdən uzaq durmağı tövsiyə ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
oxu.az

1Mənbələr