
İspaniyanın “Real Madrid” klubu “Roma”da çıxış edən türkiyəli futbolçu Zəki Çəliki heyətinə qatmaq istəyir.
Missiya.Az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Oktyabrın 26-da “Barselona” ilə keçirilən matçda dizindən zədələnən və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilən Dani Karvaxalın yerinə Zəki Çəlikin təklif edildiyi bildirilir.
Xəbərdə Zəkinin İtaliya klubu ilə müqaviləsinin mövsümün sonunda bitəcəyi qeyd edilib və 2026-cı ilin yanvar ayında 5 milyon avroluq təklif gəlsə, transferin reallaşa biləcəyi irəli sürülüb.
Daşqın HəsənovMissiya.Az