Xəbər verdiyimiz kimi, birinci Qarabağ savaşında itkin düşən və bu yaxınlarda kimlikləri müəyyən edilən 16 itkin şəhidimizin dəfn mərasimləri keçirilir.
Adalet.az-ın əməkdaşının əldə etdiyi məlumata görə nəşi tapılan şəhidlərimizdən biri də tanınmış rəssam Sehran Allahverdiyevin qardaşı Teymur Allahverdiyevdir.
Onun 33 il öncə Şuşada itkin düşdüyü bildirilir. Şəhid Teymur Allahverdiyev oktyabrın 31-də saat 13:00-da Neftçala rayon Qaçaqkənd kənd qəbiristanlığında dəfn ediləcək.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Vasif ƏLİHÜSEYN