BMC şirkəti ALTAY əsas döyüş tankının ilk partiyasını Türkiyə Silahlı Qüvvələrinə təhvil verib.
“Poliqon” “SavunmaSanayiST”ə istinadən xəbər verir ki, ALTAY tankının inventara daxil olması ilə Türkiyə Silahlı Qüvvələri təxminən yarım əsrdən sonra ilk dəfə müasir, yeni bir tank əldə edib.
Həmçinin ALTAY tankı Türkiyədə inventara daxil olan ilk yerli istehsal əsas döyüş tankıdır.
Bu münasibətlə BMC-nin Ankaradakı Tank və Yeni Nəsil Zirehli Nəqliyyat Vasitələri İstehsal Müəssisəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, milli müdafiə naziri Yaşar Güler, Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, eləcə də digər dövlət və şirkət nümayəndələrinin iştirak etdiyi mərasim keçirilib.
Mərasimdə çıxış edən R.T.Ərdoğan bildirib ki, ALTAY tankı Türkiyə müdafiə sənayesinin çatdığı səviyyəni bir daha göstərir: “Müdafiə sənayemizin inkişafı, güclənməsi və tam müstəqillik hədəfinə çatması üçün gecə-gündüz çalışan hər kəsə, sektordakı bütün qardaşlarıma təşəkkür edirəm. Bundan iki ay əvvəl 47 vasitədən ibarət “Sistemlər Sistemi Polad Qübbə”ni qəhrəman ordumuza təqdim etmişdik. Eyni şəkildə, ASELSAN-dakı 14 istehsal müəssisəsinin açılışını etmiş, 1.5 milyard dollar investisiya dəyərinə malik “Oğulbey Texnologiya Bazası”nın təməlini qoymuşduq.
Bu gün isə BMC-nin Ankaradakı Tank və Yeni Nəsil Zirehli Nəqliyyat Vasitələri İstehsal Müəssisəsinin açılışını həyata keçiririk. 63.000 m² qapalı sahəyə malik seriyalı istehsal xəttimizdə hər ay 8 ədəd ALTAY tankı və döyüş meydanının qalası kimi xarakterizə olunan 10 ədəd ALTUĞ istehsal ediləcək. Digər müdafiə məhsullarımızda olduğu kimi, ALTAY tanklarında da məqsədimiz xüsusilə kritik materiallar baxımından heç kimə bağlı olmamaqdır. Embarqolara baxmayaraq necə bugünkü mərhələyə gəldiksə, inşallah bundan sonrakı prosesi də uğurla davam etdirəcəyik”.
Öz növbəsində çıxış edən Türkiyənin milli müdafiə naziri Yaşar Güler, ALTAY tankının Quru Qoşunları üçün əhəmiyyətindən danışıb.
“ALTAY tankımız, Quru Qoşunlarımızın döyüş gücünü daha yüksək səviyyələrə qaldıracaq, eyni zamanda şəxsi heyətimizin təhlükəsizliyini də artıracaq. Dünyada seçilən mövqeyə malik olan və uğurla həyata keçirdiyimiz əməliyyatlarda mühüm rol oynayan Türk tankçısı, ALTAY tankı kimi kritik silah və sistemlərin gücü sayəsində bu günə qədər olduğu kimi, bundan sonra da üzərinə düşən bütün tapşırıqları böyük uğurla yerinə yetirəcəkdir”, – deyə nazir vurğulayıb.
Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün də mərasim zamanı çıxış edərək, ALTAY layihəsinin təkcə bir platforma deyil, həm də Türkiyənin müdafiə sənaye qabiliyyətlərini formalaşdıran məktəb və vision olduğunu qeyd edib: “Özəl sektorumuz, vəqf şirkətlərimiz, mühəndislərimiz və işçilərimiz əl-ələ verərək bu ölkənin tarixində bir ilkə imza atdı. Öz əsas döyüş tankını dizayn etdi, sınaqdan keçirdi və istehsala hazır vəziyyətə gətirdi. Bu uğur yerli zəkanın, milli iradənin və türk mühəndisinin əsəridir”.
Onun sözlərinə görə, ALTAY sayəsində Türkiyə böyük kalibrli silah istehsalı imkanı, kompozit materiallarla zireh sistemi istehsalı qabiliyyəti kimi indiyədək ölkədə olmayan bir çox bacarıqlar qazandı. Eyni zamanda, ALTAY vasitəsilə texnoloji cəhətdən qlobal bazarda yarışa biləcək AKKOR aktiv müdafiə sistemi və atəşi idarəetmə sistemi kimi məhsullar ortaya çıxarıldı.
Çatdırılma təqviminə əsasən, Türkiyə Silahlı Qüvvələrinə ümumilikdə 85 ədəd ALTAY-T1 tankı – 2026-cı ildə 11 ədəd, 2027-ci ildə 41 ədəd və 2028-ci ildə 30 ədəd tədarük ediləcək. 2028-ci ildən etibarən isə 165 ədəd ALTAY-T2 tankının tədarükünə başlanacaq.
#gallery-1 {
margin: auto;
}
#gallery-1 .gallery-item {
float: left;
margin-top: 10px;
text-align: center;
width: 100%;
}
#gallery-1 img {
border: 2px solid #cfcfcf;
}
#gallery-1 .gallery-caption {
margin-left: 0;
}
/* see gallery_shortcode() in wp-includes/media.php */





