BAKI, 29 oktyabr. TELEQRAF
Qazaxıstan və Özbəkistanın nümayəndələri Daşkənddə dəyəri 70 milyon dollardan çox olan yeni ixrac müqavilələri imzalayıblar.
Teleqraf xəbər verir ki, sazişlər iki ölkənin müvafiq nazirliklərinin və işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə imzalanıb.
Tədbirdə kənd təsərrüfatı, sənaye, logistika, xidmət sahələrində fəaliyyət göstərən onlarla şirkət iştirak edib.
Qazaxıstan Ticarət Nazirliyinin məlumatına görə, yeni sazişlər iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın inkişafına və birgə layihələrin həyata keçirilməsinə əlavə təkan verəcək.
2025-ci ilin əvvəlindən Qazaxıstan və Özbəkistan arasında qarşılıqlı ticarətin həcmi 18,5 faiz artaraq 3 milyard dollara çatıb.