AZ

Atəşkəsə baxmayaraq Qəzzada minlərlə uşaq ac yatır

Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaq Fondunun (UNICEF) sözçüsü Tess İnqram Qəzzada davam edən atəşkəsə baxmayaraq minlərlə uşağın kifayət qədər qida olmadığı üçün ac yatdığını bildirib.

Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, o bu barədə jurnalistlərin suallarını cavablandırıb.

"Atəşkəs aclığa son qoymur və ya bir ailənin sabah təhlükəsiz içməli suya sahib olmasını təmin etmir. Humanitar müdaxilə çox vacibdir, çünki ailələr hələ də gündəlik həyatda qalmaq üçün mübarizə aparır. Onların təhlükəsiz içməli su və ya uşaqlar üçün tibbi yardıma ehtiyacı var. Buna görə də, yardımın daha geniş miqyasda və sürətlə çatmasını təmin etməliyik",- İnqram bildirib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
14
1
missiya.az

2Mənbələr