AZ

ABŞ Nobel mükafatı laureatının VİZASINI LƏĞV ETDİ

Yazını böyüt
Yazını kiçilt

ABŞ bir daha "azadlıq" anlayışının öz maraqlarına uyğun olduğunu isbatladı. Nobel mükafatı laureatı, nigeriyalı yazıçı və insan haqları müdafiəçisi, bəzən əsəbi çıxışları ilə tanınan Vole Soyinka bildirib ki, ABŞ administrasiyası onun vizasını ləğv edib.

Hafta.az-ın yazdığına görə, Soyinka mətbuat konfransında deyib ki, sözügedən qərar barədə Laqosdakı ABŞ konsulluğundan göndərilən məktubla məlumatlandırılıb.

Soyinka vizasının ləğvini əsaslandıracaq heç bir davranışda olmadığını bildirərək deyib: “Məni ABŞ-da gözləyən tədbirlərdə iştirak edə bilməyəcəm. Vizam yoxdur, ABŞ-a girməyim açıq şəkildə qadağandır”.

2016-cı il ABŞ-da prezident seçkiləri zamanı Vole Soyinka “Tramp qalib gələrsə, ABŞ-da yaşıl kartımı ləğv edəcəyəm” deyib və Trampın seçilməsindən sonra bu vədi yerinə yetirib.

Trampın 34 ayrı ittiham üzrə məhkum edilməsini “ümidverici əlamət” adlandıran Soyinka, keçən il daimi yaşayış üçün müraciət edib.

Vole Soyinka 1986-cı ildə ədəbiyyat üzrə Nobel mükafatı qazanıb.

Seçilən
11
hafta.az

1Mənbələr