Belarusun Baş nazirinin müavini Natalya Petkeviç Azərbaycana səfəri çərçivəsində Ağdam rayonunun Qızıl Kəngərli kəndinə gəlib.
XQ xəbər verir ki, o, erməni işğalı illərində yaşayış məntəqəsində törədilən dağıntılarla tanış olub.
Baş nazirin müavini, həmçinin Qızıl Kəngərli kəndinin ərazisində yerləşəcək aqroşəhərciyin tikintisinin baş planı ilə tanış olub.