Qeyd olunan kəsişmədə svetoforların işləməməsinə səbəb ərazidə elektrik enerjisinin kəsilməsi olub.
Bu barədə BAKU.WS-ə NİİM-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, dərhal DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti quruma məlumat verilib. Problemin qısa müddətdə aradan qaldırılması məqsədilə işlər görülür.
***12:02
Bakının "8 Noyabr" prospektində işıqfor işləmir.
Bu barədə məlumat və görüntülər BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bu gün səhər saatlarında Ramiz Quliyev küçəsi ilə "8 Noyabr" prospektinin kəsişməsində sözügedən hal müşahidə edilib.
Ərazidən kadrları təqdim edirik: