AZ

Asəf Hacıyev: Bütün konstitusiyaların əsasını Quran təşkil edir

BAKI, 29 oktyabr. TELEQRAF

1993-cü ildə ümummili lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi və iki il sonra onun rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının birinci konstitusiyası qəbul olundu və birinci çağırış parlament seçildi.

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏTPA) Baş katibi Asəf Hacıyev deyib.

O qeyd edib ki, dünyada müxtəlif konstitusiyalar var və hər bir konstitusiyanın qəbulunda tanınmış liderlərin, yüksək intellektə malik olan insanların əvəzsiz xidməti var: “Bütün konstitusiyaların əsasını Quran təşkil edir. İslam dininin müqəddəs kitabında ilk cümlə belə başlayır: “Yaşa və digərlərinə yaşamaq haqqı təşkil et. Bu prinsip dünyadakı bütün konstitusiyaların əsasını təşkil edir”.

Asəf Hacıyev həmçinin, Türkiyə Respublikasını Cümhuriyyət Günü münasibəti ilə təbrik edib: “Bu gün qardaş Türkiyədə böyük bayramdır. 102 il bundan öncə Türkiyədə Cünhuriyyət elan olunub. 29 rəqəmi Türkiyənin tarixində böyük rəqəmdir. 1453-cü il 29 mayda Mehmet Fateh İstanbulu fəth etdi”.

Seçilən
51
teleqraf.com

1Mənbələr