Bu gün kişilərdən ibarət "Azərreyl" voleybol komandası Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi evdə 0:3 hesabı ilə uduzduğu "Radniçki"nin (Serbiya) qonağı olacaq.
21:00. Radniçki (Serbiya) - "Azərreyl" (Azərbaycan)
Cütün qalibi "Rayffayzen Hartberq" (Avstriya) - "AKKA Voley" (Finlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. "Azərreyl" evdə bir set də ala bilmədiyi rəqibi ilə ikinci dueldə inanılmazı reallaşdıra bilməsə, çıxışını CEV Kubokunun 1/32 final mərhələsində davam etdirəcək. Buradakı rəqib isə "Lyublyana" (Sloveniya) - "Orion Stars" (Niderland) mübarizəsindən qalib ayrılan tərəf olacaq.
Nihat