UFC321 tədbirinin əsas döyüşü olan Tom Aspinall - Siril Qan mübarizəsində qalib müəyyənləşməmişdi.

Offsideplus.az xəbər verir ki, buna səbəb Qanın iki barmağı ilə Aspinallın gözlərinə müdaxilə etməsi idi. Bu, qayda pozuntusu kimi qeydə alınıb.

Aspinall İngiltərə qayıdan kimi göz müayinəsindən keçib. 

UFC çempionunun hələ də sağ gözü ilə görmür, sol gözü isə bulanıq qalır.

Onun hər iki gözünün zədələnməsinin tam dərəcəsini müəyyən etmək üçün yaxın günlərdə və ya həftələrdə əlavə mütəxəssis müayinəsindən keçəcəyi gözlənilir.

Qeyd edək ki, T. Aspinall ağır çəkidə kəmər sahibidir. O, Con Consun təqaüdə çıxmağından sonra kəmərin yeni sahibi olub.