AZ

Tramp Putinə 6 ay vaxt verib: Bu əraziləri tamamilə tut və...

ABŞ prezidenti Donald Tramp səmərəsiz hesab etdiyi yeni sanksiyalardan pərdə kimi istifadə edərək, faktiki olaraq Rusiyaya məqsədlərinə çatmaq – bütün Donbasın tutulması üçün altı ay vaxt verib. O vaxtdan bəri Birləşmiş Ştatlar prezidenti münaqişənin gedişatını dəyişdirə biləcək “sövdələşmə” əldə etmək üçün Vladimir Putinlə görüşməyə hazır olduğunu dəfələrlə vurğulayıb.

Publika.az "Tsarqrad"a istinadən xəbər verir ki, bu fikri nəşrin yazarı Serqey Latışev qələmə alıb.

Latışevin yazısından bəzi məqamları diqqətinizə çatdırırıq:

Qeyd edib ki, Tramp çəkiclə zindan arasında qalıb: bir tərəfdən Ukraynada müharibənin davam etdirilməsini tələb edən Avropa İttifaqı və ABŞ daxilindəki rusofob dairələrin güclü təzyiqi altındadır, digər tərəfdən isə böhranın həllinin vacibliyini anlayır. Onun sözlərinə görə, nəticədə ABŞ lideri Stiv Uitkoffun (ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi) vasitəçiliyi ilə əldə edilmiş razılaşmaları dayandırmaq məcburiyyətində qalıb. Belə ki, Rusiya bu addımı atmaqdan imtina edir, yəni döyüşlər ən azı altı ay davam edəcək.

“Altı aylıq müddət” Trampın özünün verdiyi açıqlamadan irəli gəlirdi. Jurnalist ondan Vladimir Putinin ABŞ sanksiyalarının Rusiya iqtisadiyyatına ciddi ziyan vurmaq iqtidarında olmadığı iddiasına münasibət bildirməsini xahiş etdikdə, ABŞ lideri istehza ilə "Altı aydan sonra kimin haqlı olduğu bəlli olacaq", - deyə cavab verib.

Seçilən
17
publika.az

1Mənbələr