BAKI, 29 oktyabr. TELEQRAF
Çin ABŞ Prezidenti Donald Trampın Amerikanın müttəfiqləri ilə münasibətlərinin pisləşməsinə səbəb olan gözlənilməz xarici siyasətindən qaynaqlanan beynəlxalq səhnədəki mövqeyini gücləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Washington Post” yazıb.
Nəşr bildirib ki, Trampın Çin Sədri Si Cinpin ilə danışıqlarda əldə etdiyi mümkün taktiki uğurlara (nadir torpaq metallərinin ixracına məhdudiyyətlərin təxirə salınması və ABŞ-də TikTok-un statusunun həlli) Pekin Vaşinqtona qarşı üstün mövqedə qalır. Qəzetin qiymətləndirməsinə görə, Tramp tərəfindən başladılan ticarət müharibələri ABŞ-nin Asiya və Avropadakı ənənəvi müttəfiqləri ilə münasibətləri pisləşdirib, Braziliya və Hindistanla fikir ayrılıqlarına yol açıb.
WP-nin danışdırdığı analitiklərin fikrincə, ABŞ beynəlxalq institutlarda nüfuzunu itirir, Çin isə bunu öz gündəliyini irəli sürmək və təsirini gücləndirmək üçün istifadə edir. Donald Tramp ABŞ-də bərpaolunan enerji proqramlarını dayandırarkən, Çin yaşıl enerji texnologiyaları və elektrik avtomobillərinin aparıcı istehsalçısı və ixracatçısı kimi mövqeyini möhkəmləndirir.
ABŞ-nin 46-cı prezidenti Co Baydenin administrasiyasından Raş Doşi hesab edir ki, Çin bəlkə mübahisədə qalib gəlmir, amma oyunda udur: “Çin Trampın qeyri-müəyyən siyasətindən beynəlxalq mövqeyini gücləndirmək üçün istifadə edir”.