AZ

Reanimasiyada yerləşdirilmiş Yadigar Muradovun son durumu açıqlandı

BAKI, 29 oktyabr. TELEQRAF

Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun səhhəti ağır-stabil olaraq qalır.

Bu barədə Teleqraf-a Əməkdar artistin oğlu Yaşar Muradov məlumat verib.

Onun sözlərinə görə, atasının müalicəsi Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində davam edir.

"Hələ infeksiya tam sağalmayıb. Vəziyyəti ağır-stabildir. Temperaturu yüksəkdir" -Yaşar Muradov deyib.

Qeyd edək ki, Yadigar Muradov xərçəng xəstəliyindən əziyyət çəkir.

Seçilən
50
2
teleqraf.com

3Mənbələr