Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ Federal Ehtiyat Sisteminin (FED) oktyabr ayı faiz qərarı üçün geri sayım başlayıb.
Banco.azxəbər verir ki, dollar, qızıl, birja və kriptovalyutalara birbaşa təsir edən FED faiz qərarının oktyabr ayında hansı istiqamətdə olacağı investorların diqqət mərkəzindədir.
ABŞ Federal Ehtiyat Sistemi’nin (FED) oktyabr ayı faiz qərarı iclasının tarixi müəyyənləşib.
Buna görə, oktyabr ayı FED faiz qərarı 28-29 oktyabr 2025 tarixlərində keçiriləcək. Keçiriləcək iclasların ardından 29 oktyabr 2025 Çərşənbə günü saat 22:00-da kritik faiz qərarı açıqlanacaq.
Qərarın dərhal ardından FED sədri Cerom Pauell mətbuat konfransı keçirərək həm iqtisadi mənzərə, həm də pul siyasətinin gələcəyinə dair açıqlamalar verəcək.
ABŞ Federal Ehtiyat Sistemi’nin (FED) bu gün qəbul edəcəyi pul siyasəti qərarlarının aktiv qiymətlərinin istiqamətinə təsir etməsi gözlənilir. Pul bazarlarındakı qiymətləmələrdə isə FED-in bu axşam uçot dərəcəsini 25 baza bəndi endirəcəyinə qəti şəkildə baxılır.
Bizi sosial şəbəkələrdən izləyin!!