"Microsoft" və "OpenAI" "ChatGPT"nin istehsalçısının yenidən qurulmasına imkan verən və şirkətin dəyərini 500 milyard dollar olaraq müəyyən edən tarixi bir razılaşma imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bu razılaşma ilə "OpenAI" mənfəət məqsədi güdməyən fond (red- qeyri-kommersiya qurumu) modelindən çıxaraq “ictimai fayda üçün fəaliyyət göstərən səhmdar cəmiyyətə” çevriləcək.
Yeni quruluşa əsasən "Microsoft" , "OpenAI" "Group PBC"də təxminən 135 milyard dollar dəyərində, yəni təxminən 27 faiz paya sahib olacaq.
Şirkət indiyədək "OpenAI"yə 13,8 milyard dollar sərmayə yatırmışdı. Bu isə demək olar ki, 10 qat gəlir mənasına gəlir.
Razılaşmadan sonra "Microsoft"un səhmləri 2,5 faiz artıb və şirkətin bazar dəyəri yenidən 4 trilyon dolları keçib.