Türk musiqisinin unudulmaz adlarından biri olan Emrah Erdoğan, uzun fasilədən sonra Bakıdakı konserti ilə yenidən səhnəyə qayıdıb. Türk və azərbaycanlı dinləyicilərin böyük maraq göstərdiyi konsert, sənətçinin illər sonra musiqisevərlərlə görüşdüyü xüsusi bir gecəyə çevrilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, səhnə performansı və geyim tərzi ilə diqqət çəkən Emrahın görünüşündəki dəyişiklik sosial mediada da geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər sənətçinin səhnə geyimini "uyğun oladığını" bildiriblər, digərləri isə "Artıq yaşlanıb" və "Keçmiş enerjisi qalmayıb" kimi rəylər yazıblar.
İzləyicilərin böyük sevgisi qarşısında duyğulanan Emrah, səhnədə hönkür-hönkür ağlayıb. Uzun illərdən sonra yenidən səhnəyə çıxmağın onun üçün çox böyük mənası olduğunu deyən sənətçi, "Köhnə günlərim üçün çox darıxmışam" sözləri ilə pərəstişkarlarına müraciət edib.
Musiqi karyerası ilə yanaşı, daşınmaz əmlak sərmayələri ilə də diqqət çəkən Emrah haqqında, Türkiyənin müxtəlif şəhərlərində təxminən 300 mənzilə sahib olduğu barədə iddialar irəli sürülür.