“Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, burada İtaliyanın səfirliyi açılıb”.
Editor.az xəbər verir ki, bunu İtaliya Deputatlar Palatasının üzvü Eucenio Zoffili Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunan “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq parlament konfransında çıxışı zamanı deyib.
O bildirib ki, bu və digər məqamlar ölkələr arasındakı münasibətlərin çoxşaxəliliyinə əsas verir:
“İtaliya Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması istiqamətində atılan addımları yüksək qiymətləndirir”.