AZ

Qırğızıstan Prezidenti vətəndaşların qızıl ehtiyatlarını Milli Bankda saxlanılmasını təklif etdi

BAKI, 29 oktyabr. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov ölkə vətəndaşları və kommersiya banklarının qızıl ehtiyatlarını Milli Bankda saxlanılmasını təklif edib.

Teleqraf xəbər verir ki, bu barədə prezident Qırğızıstan Milli Bankının yeni binasının açılış mərasimində bildirib.

Japarov qeyd edib ki, tənzimləyici orqan ödəməli xidmətlər vasitəsilə qızılın saxlanmasını təmin edə bilər:

“İndi sizin öz anbarınız var. Əgər sizə qızıl saxlamaq üçün müraciət olunsa - 10 qram da olsa, 1 qram da - bu xidməti başlada bilərsiniz. Bu da əlavə gəlirdir”, - o vurğulayıb.

Prezident xatırladıb ki, öz pul-kredit sisteminin yaradılması müstəqil Qırğızıstanın ilk addımlarından biri olub:

“İndi bizdə 1 min ton qızıl saxlaya bilən anbar var. Artıq qızılı xarici banklarda saxlamayacağıq, əksinə, digər dövlətlərə belə xidmətlər də təklif edə biləcəyik”.

Milli Bankın sədri Melis Turqunbayev Sadır Japarovun “Əgər hansısa bank 1 ton qızıla 10 illik saxlama xidməti istəsə, razılaşa bilərikmi” sualına müsbət cavab verib.

Seçilən
36
teleqraf.com

1Mənbələr