AZ

Rumıniya PUA istehsalına başlayır | VİDEO

Bu barədə "Carfil" silah istehsalı şirkətinin baş direktoru Mirça Petru Tançeu "Digi24" telakanalına açıqlamasındaməlumatverib. Diqqətə çatdırıb ki, yerli PUA istehsalı"bu sahədə başqa ölkələrdən asılılığı aradan qaldırmaq"məqsədi daşıyır. O həmçinin bildirib ki,noyabrın 2-dəABŞ hərbi mütəxəssisləri Rumıniyaya gələcək, yerli kadrlara PUA operatorluğu üzrətəlimlərkeçəcəklər.

Birgə istehsal çərçivəsində ilkin mərhələdə"Cuda"kəşfiyyat PUA-sı və"Sirin"hücum PUA-sı ərsəyə gətiriləcək. "Sirin"in təqribən 15 kiloqram partlayıcı maddə daşıya biləcəyi vurğulanır. Müəssisə cari ilin sonunadək bu növ PUA-dan 10 ədəd hazırlayacaq. Layihə üzrə sonrakı mərhələlərdə hazırda prototipləri hazırlananümumilikdə 7 növ PUA-nın istehsalı nəzərdə tutulur.Aparatların istehsal xərcləri ictimayyətə açıqlanmayıb.

Məlumat üçün bildirək ki, Avropada silahlanmanı sürətləndirmək məqsədilə Avropa Komissiyasıplanhazırlayaraq, 2030-cu ilədək hərbi investisiyalar üçün 800 milyard avro kredit ayırıb. Bu plan üzrəRumıniya 16,68 milyard avro vəsait alıb.Avropa İttifaqı müdafiə qabiliyyətinin artırılmasını"Rusiya təhlükəsi"ilə əlaqələndirir. Hərçənd rəsmi Moskva belə bir iddia ilə razılaşmır.

Firudin Həmidli
AzVision.az
Seçilən
18
2
azvision.az

3Mənbələr