AZ

Şəhid qızı: Atam itkin düşəndə mən hələ səkkizaylıq idim

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

"Atam itkin düşəndə mən hələ səkkizaylıq idim".

Oxu.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında şəhid Rafael Abbasovun qızı Şəhanə Abbasova deyib.

O, 33 ildir atasının yolunu gözlədiyini söyləyib:

"Atam 1992-ci ildə Şuşanın işğalı günü itkin düşüb. 33 ildən sonra onu dəfn edirik. Yolunu gözləyirdik. Artıq gözümüz yoldan yığıldı. Düzdür, sağ olduğunu ehtimal etmirdik. İnanmırdıq ki, bu qədər vaxta sağ qalar. Bir az çətin idi. Ancaq yenə də üzləşmək, qəbul etmək çox ağırdır. Həm ağrı acı yaşayırıq, həm də sevinc. Artıq bizim getməyə, ziyarət etməyə yerimiz var".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
oxu.az

1Mənbələr