AZ

“Melissa”ya görə 750 min nəfər təxliyə edildi

Qafqazinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Melissa” qasırğasının Kubaya yaxınlaşması ilə əlaqədar olaraq 750 min nəfər təxliyə edilib.

“Qafqazinfo” “The New York Times” nəşrinə istinadən xəbər verir ki, təxminən 11 milyon əhalisi olan ölkə üçün bu, kifayət qədər böyük köçürülmə əməliyyatı hesab olunur. 

Təbii fəlakətin adanın şərq hissəsinin infrastrukturunda ciddi dağıntılara səbəb olacağı gözlənilir.

Qeyd edək ki, Saffir-Simpson şkalası üzrə beşinci kateqoriyalı (ən yüksək) qasırğa kimi qiymətləndirilən “Melissa” artıq Haiti, Yamayka və Dominikanda azı 7 nəfərin ölümünə səbəb olub. Pik saatlarında qasırğada küləyin sürəti 82 m/s (295 km/saat) təşkil edib. 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
qafqazinfo.az

1Mənbələr