AZ

“Qala Sığorta” intizamlı sürücülər üçün yeni sığorta məhsulu təqdim etdi

ain.az, Demokrat.az saytına istinadən bildirir.

“Qala Sığorta” ASC məsuliyyətli və qaydalara əməl edən sürücülər üçün yeni sığorta məhsulu olan “İntizamlı sürücü” proqramını təqdim edib.Bu barədə Demokrat.az-a “Qala Sığorta” ASC-dən məlumat verilib. Yeni məhsul təhlükəsiz sürücülük vərdişlərinə malik, yol hərəkəti qaydalarına riayət edən avtomobil sahiblərinə əlavə sığorta təminatı təqdim edir. “İntizamlı sürücü” məhsulu çərçivəsində sığorta ödənişi yalnız yol-nəqliyyat hadisəsi zamanı təqsirkar qarşı tərəf olduğu halda təmin edilir.Bu məhsulun əsas məqsədi sürücülər arasında məsuliyyətli davranış mədəniyyətini təşviq etmək və intizamlı avtomobil sahiblərinə əlavə etimad və dəstək göstərməkdir.Daha ətraflı məlum almaq üçün aşağıdakı əlaqə vasitələrindən müraciət edə bilərsiz:Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221.Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
demokrat.az

1Mənbələr