Gununsesi saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Azərbaycan və Türkiyə Avropa Siyasi Birliyinin gələn ilin yazında İrəvanda keçiriləcək 8-ci sammitinə dəvət olunublar.
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, nazir bunu jurnalistlərə müsahibəsində bəyan edib.
Mirzoyan bildirib ki, dəvətlər hələlik şifahi formada göndərilib.
Görəsən, Azərbaycan bu tədbirdə hansı səviyyədə təmsil oluna bilər?
Gununsesi.info-ya danışan siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib ki, Ermənistanda keçiriləcək sammitdə Azərbaycan və Türkiyə prezidentlərinin dəvət olunması Ermənistanın normallaşma prosesində maraqlı olduğunu göstərir.
Siyasi ekspert qeyd edib ki, Azərbaycan Prezidenti sülh müqaviləsi bağlamadan Ermənistana səfər edə bilməz.
“Bunun sammitin mahiyyəti ilə əlaqəsi yoxdur. Yəni, bu tədbir Azərbaycanla Avropa Siyasi Birliyi arasında əlaqələrin inkişafına və ya mənfi istiqamətdə dəyişməsinə səbəb olmayacaq. Azərbaycan prezidentinin sammitdə iştirak edib-etməməsi tamamilə onun qərarına bağlıdır və Avropa Siyasi Birliyinin rəhbərliyi bunu normal qəbul edəcək”-deyə o əlavə edib.
Məhəmməd Əsədullazadə onu da deyib ki, hazırda Azərbaycanla Avropa Siyasi Birliyi arasındakı əlaqələr yüksək səviyyədədir:
“Bu yaxınlarda ölkə başçısı İlham Əliyev Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə sammitdə iştirak etdi. Həmçinin Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri də mövcuddur. Ermənistanın sammiti isə bu əlaqələrin davamı kimi qiymətləndirilə bilər. Azərbaycan həmçinin baş nazir və xarici işlər nazirləri səviyyəsində tədbirdə təmsil oluna bilər”.
Şəbnəm
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.